Dayanacaq sistemi

Avtomatik parkinq sistemi texnoloji elementlər toplusudur ki, insan iştirakı olmadan (insan iştirakı olmadan baş verən parkinq avtomatik parkinq adlanır) avtomobillərin giriş səviyyəsindən saxlama yerinə qədər şaquli və üfüqi müstəvidə, eninə və uzunlamasına yerdəyişməsini təmin edir.“Xəzərlift” MMC şirkəti avtomatlaşdırılmış parkinq sistemlərinin təchiz olunmasında müxtəlif sistem, avadanlıq və mexanizmlərin kombinasiyasını tətbiq edir. Bununla, biz, sifarişçi üçün maksimum tarazlaşdırılmış, “Qiymət və Effektivlik” nisbətinə və onun daşınmaz obyektinin xüsusiyyətlərinə uyğun şəkildə hazırlanmasına müvəffəq oluruq. Avtomobil parkinq sistemlərinin bir çox müxtəlif növləri mövcuddur. Onlar hər şeydən öncə öz topologiyası ilə yəni avtomobillərin giriş səviyyəsindən saxlama məntəqəsinə olan yerdəyişmə texnologiyası ilə fərqlənirlər. Əsas fərqlərdən biri istifadə olunan avtomobillərin dəyişdirilməsi üsuludur: paletli (palet üzərində) və ya paletsiz (hərəkət edən xüsusi elektrik qurğu üzərində). Bizim tətbiq etdiyimiz avtomatik parkinq sistemləri, aşağı qiymətə avadanlıq və yüksək istismar etmə effektivliyi təmin etməklə avtomobilləri istənilən həcmdə, dərinlikdə və yüksəklikdə saxlamaq imkanı verir. Bütün sistemlər uzun müddətli istismar təcrübəsinə malikdir.